“Yığmanın baş məşqçisi kimi bu işlərə qarışmaq istəmirəm” - MÜSAHİBƏ
09.02.2010 - 00:49
Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçi Bernhard Lippertin müsahibəsi
- Komanda 8 gündür Antalyada təlim-məşq toplanışı keçirir. Hazırlıq barədə nə deyə bilərsiniz?
- Son 2 gün istisna olmaqla, hazırlıq normal keçirdi. Artıq iki gündür Antalyada qeyri-sabit hava hökm sürür. Qasırğa və güclü yağış üzündən bugünkü məşqimizi zalda keçirməli olduq. Hazırlıq müddətində artıq iki yoldaşlıq oyununda gücümüzü sınamışıq. Birinci qarşılaşmadakı rəqib “dişimizə” görə deyildi. Onlar çox aşağı səviyyəli komanda idi. Ancaq bu oyunun da öz müsbət tərəfləri oldu. Belə ki, matç komandanın oturuşması, oyunçuların bir-birini başa düşməsi baxımından yaxşı idi. İkinci oyunda fiziki cəhətdən çox güclü bir klubla qarşılaşdıq. Onlara qarşı meydanda fiziki cəhətdən güclü və kompakt bir Azərbaycan yığması mübarizə apardı. Avropa çempionatının birinci mərhələsində mübarizə aparan komanda ilə müqayisədə indi daha sabit kollektivimiz var. Uşaqlar arasında münasibət də yüksək səviyyədədir. Kollektivdə birlik hökm sürür. Bu münasibət ilkin mərhələ ilə müqayisədə indi daha nəzərəçarpacaq dərəcədədir.
- Bu, U-19-un cari ildə ikinci toplanışıdır. Komanda artıq Valentin Qranatkinin xatirəsinə həsr edilmiş turnirdə iştirak edib. Daha sonra onlar klublara göndərildilər və bəziləri əsas komandaları ilə birlikdə hazırlıq keçdilər. Necə düşünürsünüz, yenidən düşərgəyə dəvət etdiyiniz futbolçularda irəliləyiş hiss olunurmu?
- Sözsüz, oyunçuların güclü və təcrübəli futbolçularla bir yerdə məşq etməsi müsbət haldır. Ümumiyyətlə, Premyer Liqada mübarizə aparan komandalarla məşq edəkən, futbolçuların məqsədləri, hədəfləri də dəyişir. Oradakı şərait də fərqlidir. Nəticədə ağır məşqlər keçməli olursan. Təbii ki, bu da yeniyetmə oyunçunun inkişafına səbəb olur. Çünki nə qədər çox əziyyət çəksən, bu, ancaq futbolçunun xeyrinə olacaq. Bunu nəzərə alaraq bir daha vurğulamaq istəyirəm ki, sabit heyətimiz formalaşıb. Onlar daha güclü futbolçularla mübarizədə bərkiyib, formalaşıblar. U-19-un və U-21-in üzvlərinin Premyer Liqa komandalarında möhkəmlənməsi bizim əsas məqsədimizdir. Bu zaman onlar daha ağır şərtlər altında məşq edəcəklər və nəticədə beynəlxalq oyunlarda bizə köməkləri dəyəcək.
- Hazırda U-19-da sizi narahat edən problemlər hansılardır?
- Bunu qeyd etməliyəm ki, bu yaşlı komandada yer alan futbolçular şəxsiyyət kimi tam formalaşmayıblar. Ola bilsin ki, hansısa oyunçu özü haqqında qadir olduğundan da yüksək fikrə düşsün və nəticədə həmin futbolçuda özündənrazılıq əmələ gəlsin. Əlbəttə, bu, ümumi komandaya mənfi təsir göstərə bilər. Bu gün U-19-da ola biləcək problem kimi bunu görürəm. Təbii ki, məşqçilər korpusu bunu nəzarətdə saxlayır. Hələlik vəziyyət qənaətbəxşdir. Sona qədər bu tempdə davam etməyə çalışacağıq.
- Heyətə yeni oyunçular cəlb edilib. Onlar haqqında nə deyə bilərsiniz?
- Fikrimcə, qarşıdakı mərhələlər üçün xidmətindən istifadə edə biləcəyimiz futbolçular tapmışıq. Həmin uşaqlarda futbol oynamaq üçün qabiliyyət, inkişaf etmək üçün potensial var. Hazırkı vəziyyət bir daha təsdiq edir ki, bu yaş dövründə olan uşaqların bir qismi sürətlə inkişaf edir, müəyyən qədəri isə geri addımlayır. Yeni uşaqlar tapdığımıza görə sevinirik. Onlardan gələcək üçün müəyyən şeylər gözləyirik.
- U-19-un üzvü Araz Abdullayevin “Rubin”in əvəzedici komandasına baxışa yollanması barədə nə deyə bilərsiniz?
- Yığmanın məşqçisi kimi bu işlərə qarışmaq istəmirəm. Sadəcə, tək Arazın deyil, digər futbolçularımızın da daha səviyyəli çempionatlarda çıxış etməsini, dünya görüşünü formalaşdırmasını, pul qazanmasını arzulayıram. Çünki onların xarici klublarda oynaması yığmanın uğurlu çıxış etməsinə də öz təsirini göstərəcək.
- Növbəti hazırlıq planı necədir?
- Komanda martın 3-də Almaniyaya gedəcək. 11 gün təlim-məşq toplanışı keçirməklə yanaşı, Bundesliqa təmsilçilərindən 3-nün gənc komandaları ilə yoldaşlıq oyununda gücümüzü sınayacağıq. Aprelin 1-də isə İtaliyaya yollanacağıq. Orada da 11 gün qalacağıq. İtaliyada güclü komandaların iştirakı ilə mini-turnir təşkil ediləcək. Bu turnirdə iştirak edəcəyik. Daha sonra Avropa çempionatının elit mərhələsində çıxış etmək üçün Türkiyəyə yollanacağıq.
- Elit mərhələdəki rəqiblər barədə hansı yenilikləri öyrənmisiniz?
- Hazırda rəqibləri təhlil etmək mərhələsindəyik. Onların iştirakı ilə keçirilmiş oyunların videoyazısı bizə göndərilib.
- Martın 3-də isə U-21 Avropa çempionatının qrup mərhələsi çərçivəsində Şotlandiya ilə qarşılaşacaq. Bu oyuna komanda necə hazırlaşacaq?
- Fevralın 22-də təlim-məşq toplanışına başlayacağıq. Bundan əvvəl bir araya gəlməyimiz mümkün deyil. Çünki Premyer Liqanın oyunları var. Təxminən 5 gün Bakıda hazırlıq keçdikdən sonra fevralın 27-də Şotlandiyaya yollanacağıq. Komandaya
U-19-un formasını geyinən futbolçulardan bir neçəsini dəvət edəcəyik. Çünki məşqlərdən sonra belə qənaətə gəldik ki, U-19-un bəzi futbolçuları U-21-də oynamağa daha çox layiqdirlər. Həmin uşaqlar inkişaf etməyə hazırdırlar.
- Şotlandiya ilə oyunda yaxşı nəticəyə ümid etmək olarmı?
- Əgər məşqçi kimi hansısa yaxşı nəticəyə ümidin yoxdursa, onda işləməsən, daha yaxşıdır.
- Artiq final mərhələsi 2012-ci ildə Polşa və Ukraynada keçiriləcək Avropa çempionatının ilkin qrup mərhələsinin püşkü atılıb. Yığmamız Almaniya, Türkiyə, Belçika, Avstriya və Qazaxıstanla A qrupunda mübarizə aparacaq. Bir mütəxəssis kimi, millimizin yer aldığı qrup barədə fikirlərinizi bilmək maraqlı olardı.
- Azərbaycanın yenidən Almaniya ilə qarşılaşacağına sevinirəm. Bu Allahın bir qismətidir ki, Azərbaycanda çalışan alman məşqçilər öz həmvətənlərinə qarşı mübarizə aparacaq. Qrupda Türkiyə və Qazaxıstan kimi komandaların olması maraqlıdır. Əsas komandaya yeni qanın gətirilməsi, yəni aşağı yaşlı yığmalardan əsas milliyə yeni uşaqların gətirilməsi sayəsində müsbət dəyişikliklər olacaq. Bunun müqabilində Azərbaycan yığması daha çox xal toplaya biləcək.
- Siz hansısa proqnoz verə bilərsiniz?
- Komandanın konkret neçə xal toplayacağını və hansı pillədə qərarlaşacağını deyə bilmərəm. Amma son çempionatla müqayisədə daha çox xal toplayacağına əminəm.
Mənbə: “Futbol dünyası” qəzeti

0
0