Dik Advokat Azərbaycan yığması ilə oyuna çıxmayacaq?
09.02.2010 - 09:48
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Belçika yığması baş məşqçisiz qala bilər. Apasport.az saytının məlumatına görə, Dik Advokat istefa verə biləcəyini açıqlayıb. 63 yaşlı mütəxəssis Belçika Futbol Federasiyasının prezidenti Fransua de Kersmakeri dəstəklədiyindən, belə kəskin bəyanatla çıxış edib.
Milli komanda naminə klubları sıxışdıran və sonuncuların fikrincə, onlar üçün qeyri-münasib təqvim hazırlayan qurum ölkədə ciddi tənqidlərə məruz qalıb. Klublar isə artıq Kersmakeri istefaya səsləyir. Belə vəziyyətdə Advokat prezidentin müdafiəsinə qalxıb: “Federasiya prezidenti istefaya göndərilsə, mən də postumdan gedəcəyəm”.
Qeyd edək ki, son vaxtlar bir sıra Avropa klublarından dəvət alan Advokatın özünün də federasiya ilə bəzi problemləri yaranıb. Bu yaxınlarda yoldaşlıq oyunu üçün Şimali İrlandiya ilə danışıqlara başlayan qurum Advokatıdan sərt təpki almışdı. Hollandiyalı çalışdırıcı belə zəif rəqiblə oynamağa etiraz edərək, federasiya rəhbərliyinin istəyinə qarşı çıxmışdı.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0