Hollandiyalı məşqçi Ağasəlim Mircavadovla razılaşdı
09.02.2010 - 09:58
Hollandiyalı məşqçi Ağasəlim Mircavadovla razılaşdı
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının yer aldığı A qrupunda mübarizə aparacaq Belçika yığmasının qarşısına ciddi vəzifələr qoyulub. Apasport.az saytının məlumatına görə, hollandiyalı baş məşqçi Dik Advokat komandasını Almaniya, Türkiyə, Avstriya və Qazaxıstanın da mübarizə apardığı qrupdan final mərhələsinə çıxarmaq niyyətindədir.

Bunun çətin olduğunu vurğulayan 63 yaşlı mütəxəssis məqsədə çatmaq üçün nəyin vacib olduğunu da açıqlayıb: “Bəli, biz ən çətin qrupa düşmüşük. Burada birdən-birə 4 komanda final mərhələsinə çıxmağa ümid edə bilər. Lakin məyus olmağa da dəyməz. Əgər təqvim əlverişli olsa, hər şey yaxşı olar”.

Maraqlıdır ki, Advokatın fikirləri həmyaşıdı olan “Xəzər-Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadovun fikirləri ilə üst-üstə düşür. Təcrübəli mütəxəssis də apasport.az saytına açıqlamasında holland həmkarı kimi ən vacib amil kimi təqvimi göstərmişdi. İndi də Advokat onunla razılaşır.