Mahir Şükürovun tərəzisi
09.02.2010 - 10:17
Mahir Şükürovun tərəzisi
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov Avro-2012-nin seçmə mərhələsindəki rəqiblərimizi dəyərləndirib. Apasport.az saytının məlumatına görə, Rusiyanın “Anji” klubunun da şərəfini qoruyan 28 yaşlı müdafiəçi çətin qrupa düşməyimizə baxmayaraq, ayıq-sayıq olmağın vacibliyini bildirib.

“Mübarizə ağır, hətta prinsipial olacaq. Qrupda nə autsayder görürəm, nə də favorit. Təqvimdən asılı olaraq, yorğun almanlar türklər, avstriyalılar, belçikalılarla görüşlərdə xal itirə bilərlər. Azərbaycan yığması da ayıq-sayıq olmalıdır. İndi Qazaxıstanın zəifliyini göstərmək lazımdır” - deyə Şükürov vurğulayıb.

Mənbə: extratime.az