“Xəzər-Lənkəran” istəyinə çatdı, əlvida, “Olimpik-Şüvəlan”!
09.02.2010 - 19:52
Unibank Premyer Liqasında XIX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən qarşılaşmalar ilk “altılığ”a vəsiqə qazanan ilk komandaların adlarına aydınlıq gətirib. “Xəzər-Lənkəran”ın Zaqatalada “Simurq”a qalib gəlməsi, təkcə cənubluları deyil, liderlər qrupunda qərarlaşan daha iki komandanı da mükafatlar uğrunda mübarizə aparacaq 6 klub sırasına daşıyıb.
Belə ki, bu tur çətinliklə “Karvan”ı məğlub edən “Qarabağ”, həmçinin “İnter” artıq həlledici oyunlar haqda düşünə bilər. Lakin onlar həm də “qızıl xalllar” haqqında düşünməyə məcburdur.
“Karvan”, “Standard”, “Muğan” və “Turan”ın ardından “Olimpik-Şüvəlan”ın da mükafat iddiasından əl çəkdiyi rəsmiləşib. “Təyyarəçilər” bu gün “Muğan”ı 1:0 hesabı ilə məğlub etsə də, onların ilk “altılıq”dan kənar qalmaqdan qurtula bilməyəcək. Bakılılar 6-cı pillədə qərarlaşan “Neftçi”dən 10 xal geri qalır ki, bu fərqi də aradan qaldırmaq mümkün deyil.
Son ölkə çempionu “Bakı”, onlarla matçda 1 xal qazanan “Neftçi”, həmçinin “Turan”ı 1 qolla keçən “Qəbələ” də Nazim Süleymanovun yetirmələri üçün əlçatmaz olub. Son 3 turda bu 3 komandaya mane olmağa çalışacaq yalnız bir klub qalıb. Bu da son vaxtlar böhrandan çıxa bilməyən “Simurq”dur. “Ağ-qaralar”dan 3, digər iki komandadan 4 xal geri qalan Zaqatala təmsilçisi ən güclü 6 klub sırasına düşmək üçün mübarizəni növbəti turlarda da davam etdirəcək.
09 fevral (çərşənbə axşamı)
"Muğan" - "Olimpik-Şüvəlan" - 0:1
QOL: İsmael Fransisko, 34
Hakimlər: Azad Mütəllimov, Azər Məmmədov, Elşən Acalov, Elnur Muradov
Bakı. "Şəfa" stadionu
“Olimpik-Şüvəlan”ın qapıçısı Cahangir Həsənzadə 28-ci dəqiqədə qırmızı vərəqə alaraq (son ümid folu), meydandan qovulub.
"Qəbələ" - "Turan" - 1:0
QOL: Kənan Kərimov, 62 (p.)
Hakimlər: Rauf Cabbarov, Munis Abdullayev, İsgəndər Əliyev, Zöhrab Əliyev
Qəbələ şəhər stadionu, süni meydança
"Qarabağ" - "Karvan" - 3:2
QOLLAR: Əfran İsmayılov, 30; Elnur Allahverdiyev, 45+3; Emin İmaməliyev, 64 - Xaqani Məmmədov, 4; 44
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, Elşən Durmuşov, Hacıəli Ağayev
Ağdam, Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
67-ci dəqiqədə “Qarabağ” azlıqda qalır. Ayxan Abbasov ikinci sarı, qırmızı vərəqə alaraq meydandan qovulub
Baş hakim Rövşən Əhmədov oyun ərzində futbolçulara 1 qırmızı, 9 sarı vərəqə göstərib.
"Neftçi" - "Bakı" - 1:1
QOLLAR: Adrian Neaqa, 39, (p) - Jaba, 25 (p)
Hakimlər: Vüsal Əliyev, Azad Q.Hüseynov, Orxan Məmmədov, Fariz Yusifov
Bakı. T.Bəhramov adına Respublika stadionu
"Simurq" - "Xəzər Lənkəran" - 1:2
QOLLAR: Ruslan Qunçak, 81 (p) - Osvaldo Juninyo, 13; Kristian Kabral, 67
Hakimlər: Əfqan Həmzəyev, Eldar Nağıbəyov, Roman Vasilyev, Ceyhun Haşımov
Zaqatala şəhər Olimpiya İdman Kompleksinin stadionu
"Simurq": Vitali Postranski - Yuri Bulıçov, Aleksandr Malıgin (k), Nenad Beqoviç, Kaxaber Çxetiani - Ruslan Qunçak, Andrey Raspopov, Gennadi Solonitsin, Roman Axalkatsi, David Bolkvadze - Aleksandr Qolban
"Xəzər Lənkəran": Kamran Ağayev (k) - Elvin Beqiri, İvan Pexa, Tixon Şişov, Rodomir Todorov - Rahid Əmirquliyev, Osvaldo Junior, Nizami Hacıyev - Kristian Kabral, İvan Svetkov, Denis Kalinkov
"Standard" - "İnter" - 0:1
QOL: David Odikadze, 73
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Ramiz Əsədov, Alik Yunusov
Bakı. "Şəfa" stadionu
“İnter”in heyətində Paulius Paknis 61-ci dəqiqədə ikinci sarı vərəqə ilə cəzalandırılaraq, meydandan qovulub.
Bombardir: Adrian Neaqa ("Neftçi") - 8, Anatoli Doroş ("Olimpik-Şüvəlan"), Girts Karlsons (“İnter”), Jaba (“Bakı”) - 7

| komandalar | O | Q | H | M | T | X |
1 | "İnter" | 19 | 13 | 3 | 3 | 32-16 | 42 |
2 | "Qarabağ" | 19 | 11 | 6 | 2 | 19-10 | 39 |
3 | "Xəzər-Lənkəran" | 19 | 11 | 6 | 2 | 26-11 | 39 |
4 | "Bakı" | 19 | 9 | 5 | 5 | 19-16 | 32 |
5 | "Qəbələ" | 19 | 9 | 5 | 5 | 22-18 | 32 |
6 | "Neftçi" | 19 | 8 | 7 | 4 | 19-13 | 31 |
7 | "Simurq" | 19 | 7 | 7 | 5 | 21-18 | 28 |
8 | "Olimpik-Şüvəlan" | 19 | 5 | 6 | 8 | 17-20 | 21 |
9 | "Muğan" | 19 | 3 | 5 | 11 | 12-26 | 14 |
10 | "Turan" | 19 | 3 | 4 | 12 | 20-29 | 13 |
11 | "Standard" | 19 | 2 | 4 | 13 | 14-29 | 10 |
12 | “Karvan” | 19 | 2 | 4 | 13 | 16-31 | 10 |

0
0