Türkiyə yığmasını Mark Hyuz çalışdıra bilər
09.02.2010 - 11:08
Türkiyə yığmasını Mark Hyuz çalışdıra bilər
Türkiyə Futbol Federasiyası milli komandanın baş məşqçisi postuna mütəxəssis axtarışlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, türkiyəlilər Fatih Terimin xələfi olmağa daha bir namizəd tapıblar.

Terimin istefasından sonra boş qalan baş məşqçi postuna əcnəbi gətirmək istəyən qonşularımız neçə vaxtdır Qus Hiddinkin arxasınca düşmüşdü. Hollandiyalının tərk edəcəyi gözlənilən Rusiya yığmasından hələ də ayırmadığını görən türkiyəlilər indi də Mark Hyuzla danışıqlara başlayıb. İki ay əvvəl İngiltərənin “Mançester Siti” klubundan qovulan mütəxəssisin agenti ilə əlaqə yaradan türk futbol funksionerləri onu Terimin yerində görmək istəyirlər.

Qeyd edək ki, Türkiyə yığması Avro-2012-nin seçmə oyunlarında Azərbaycan milli komandasının rəqiblərindən biridir.