Milli komanda üçün psixoterapevt məsləhəti
09.02.2010 - 11:50
“Azərbaycan və Qazaxıstanla oyunlarda qələbə qazanacağımızdan uzun-uzadı danışmaq düzgün deyil. Bu ölkələrdə oynamaq çətindir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriya idmanında tanınmış həkimlərdən olan Mixail Trattner deyib.
Futbolçuların psixoloji durumunu dəyərləndirən psixoterapevt Avro-2012-nin seçmə mərhələsində Azərbaycanla Bakıdakı oyunda Avstriya yığmasına nəyin lazım olduğunu açıqlayıb: “Azərbaycan və Qazaxıstanda şərait bizdəkindən pisdir. Bizim futbolçular elə vəziyyətdə oynamağa öyrəşməyiblər. Bu isə heç də asan olmayan məsələdir. Bu iki yığmanı səfərdə udmaq üçün futbolçularımız əsl peşəkarlıq nümayiş etdirməlidir. Məhz peşəkarlıq sayəsində qazanılacaq səfər qələbələri qrupda ikinci yeri tutmağımızın təməlini qoya bilər”.
Qeyd edək ki, Avstriya, Azərbaycan və Qazaxıstan yığmalarının yer aldığı A qrupunda Almaniya, Türkiyə və Belçika futbolçuları da mübarizə aparacaq.

0
0