Şok: Mahir Şükürov yığmada oynamaqdan imtina etdi!
09.02.2010 - 14:24
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov yığma karyerasını bitirmək qərarına gəlib. Apasport.az saytının məlumatına görə, hazırda Rusiyanın “Anji” klubunda forma geyinən 28 yaşlı müdafiəçi qərarının qəti olduğunu bildirib.
İlk dəfə 2003-cü ildə yığmaya cəlb olunan Şükürov 7 illik milli karyerasının bitirməsi ilə bağlı qərarının dəyişməz olduğunu söyləyib: “AFFA rəhbərliyinə, milli komandanın məşqçilər korpusuna, idman ictimaiyyətinə müraciət etmək qərarına gəlmişəm. Mən bu addımı atmazdan əvvəl çox fikirləşmişəm, lakin heç kimlə müzakirə etməmişəm. Hətta yaxın dostlarım, ailə üzvlərim də bundan xəbərsizdir. Amma yekun və dəyişməz qərarımı vermişəm. Milli komandadakı çıxışlarımı başa vururam”.
Qeyd edək ki, Mahir indiyədək yığmada 39 oyun keçirib.
Mənbə: extratime.az

0
0