“Qardaş Azərbaycan yığmasının Almaniya və Belçikaya sürpriz etməsini diləyirəm”
09.02.2010 - 14:42
“Qardaş Azərbaycanın Almaniya və Belçikaya sürpriz etməsini diləyirəm”. Bu sözləri apasport.az saytına TRT kanalının və “Zaman” qəzetinin futbol şərhçisi Zəki Çol deyib.
Zəki Çol 2012-ci il Avropa çempionatının seçmə matçlarında Azərbaycan və Türkiyənin eyni qrupda olmasını “İki qardaş arasındakı müsabiqə” kimi dəyərləndirib: “Azərbaycan futbolda irəliləyiş içində olan bir ölkədir. Son vaxtlarda Azərbaycan futbolunun yenidən yapılanması və ciddi infrastruktura həmlələri bizi çox ümidləndirir. Bir neçə ildən sonra Azərbaycan futbolunun beynəlxalq arenada daha yüksək səviyyələrə gələcəyini düşünürəm. Avropa çempionatının seçmə matçlarında Azərbaycanla eyni qrupda olmağımız, təbii ki, həyəcan verici bir hadisədir. Qardaşımızla oynayacağıq. Həm orda, həm burda oynayacağımız matç bizim üçün bayram olacaq. Bundan başqa Bakıya getmək məni daha çox həyəcanlandırır. Bir neçə ildir ki, gedə bilmədiyimə görə, Bakı üçün darıxırdım. Türkiyə ilə Azərbaycanın qrupdakı hədəfləri fərqlidir. Türkiyə bu qrupdan çıxıb finallarda iştirak etmək istəyir. Burada əsas rəqibimiz Almaniya və Belçika olacaq”.
Həmkarımız bildirib ki, Azərbaycan yığmasının qrupda sürprizlərə imza atacağını düşünür: “Qardaşlarımızın bu sürprizləri Almaniya və Belçikaya qarşı etməsini diləyirəm”.

0
0