“Say üstünlüyünə malik olsaq da, bundan yararlana bilmədik”
09.02.2010 - 16:04
“Say üstünlüyünə malik olsaq da, bundan yararlana bilmədik”
“Bugünkü qarşılaşmada rəqib layiqli qələbə qazandı. Say üstünlüyünə malik olsaq da, bundan yararlana bilmədik”. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, bu sözləri Salyanın “Muğan” klubunun baş məşqçisi Almir Hurtiç deyib.

Unibank Premyer Liqasının XIX turunun “Olimpik-Şüvəlan”la oyununda 0:1 hesabı ilə uduzan əyalət təmsilçisinin çalışdırıcısı məğlubiyyətdən narazı qalıb. Bosniya və Herseqovinadan olan mütəxəssis qarşılaşmadan sonra keçirilən mətbuat konfransında rəqibin azlıqda qalmasından istifadə edə bilməməklərinə üzüldüyünü açıqlayıb: “İlk hissədə komandanın oyunundan narazı qaldım. Lakin ikinci hissədə daha yaxşı oynayıb, qol epizodları yaratdıq. Təəssüf ki, bunlardan istifadə edə bilmədik”.

Qeyd edək ki, “Muğan”ın meydan sahibi olduğu görüş Bakıda “Şəfa” stadionunda keçirilib.