“Bu görüş azarkeşlər üçün idi”
09.02.2010 - 17:11
“Oyun bizim üçün çox ağır oldu. “Qarabağ” güclü olduğunu bir daha sübut etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.
Unibank Premyer Liqasının XIX turunun “Qarabağ”la oyunundan sonra keçirilən mətbuat konfransında matçla bağlı fikirlərini açıqlayan mütəxəssis yalnız meydandan narazı qaldığını bildirib: “Komandamdan daha çox ikinci hissədə razı qaldım. Lakin hava şəraiti üzündən belə vəziyyətə düşən meydanda oynamaq çətin idi. Çünki ot örtüyünün durumu ağır idi. Lakin bu o demək deyil ki, məğlubiyyətimizə bəhanə axtarıram”.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov isə 3:2 hesabı ilə qalib gəldikləri matçın azarkeşlərə sevinc bəxş etməsindən danışıb: “Bu oyun azarkeşlər üçün oldu. Hər bir tamaşaçı stadiona qol görməyə gəlir. Bu gün də qapılara 5 qol vuruldu. Ümumilikdə, baxımlı oyun alındı ki, bununla da tribunaya toplaşanlara sevinc bəxş etmiş olduq”.

0
0