Mahir Şükürov: Küsməyi kimdən öyrəndin?
09.02.2010 - 17:30
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov yığma karyerasını bitirmək haqda bu gün verdiyi qərarı elə bu gün də dəyişib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı müdafiəçinin ilkin qərarından döndərmək üçün AFFA-nın baş katibi Elxan Məmmədov, İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Quluyev və milli komandanın baş administratoru İslam Abbasov hazırda Türkiyədə olan futbolçu ilə söhbət ediblər.
Çıxış etdiyi Rusiyanın “Anji” klubu ilə Antalya toplanışında olan Şükürov günün ilk yarısında adından yazılanların düzgün olmadığını bildirib. Onun sözlərinə görə, fikirləri təhrif olunub. AFFA-nın rəsmi internet saytına açıqlamasında o millidə oynamaqda davam edəcəyini bildirib: “Millinin baş məşqçisi tərəfindən dəvət olunsam, çıxış etdiyim klubun rəhbərliyindən icazə alaraq, milli komandanın təlim-məşq toplanışlarında, eləcə də yoldaşlıq və rəsmi oyunlarda iştirak edərəm”.
Şükürov millinin ən yaxşı futbolçusunun seçimi ilə bağlı keçirilən sorğunun nəticəsindən narazı qaldığını deyib. Onun bu narazılığına cavab olaraq bildirilib ki, həmin sorğuda AFFA rəhbərliyi deyil, Premyer Liqada çıxış edən klubların baş məşqçiləri, kapitanları, millinin baş məşqçisi, assosiasiyanın texniki direktoru və veteran futbolçu Ələkbər Məmmədov iştirak edib.

0
0