Azərbaycan yığmasının qarşısında dayanan tapıldı
09.02.2010 - 19:09
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Bernard Lippertin yetirmələri Rusiyanın “Terek” klubunun əvəzedici heyəti ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Komandamızın heyətində Elnur Abdulov fərqlənib.
Qeyd edək ki, yığmamız toplanış çərçivəsində keçirdiyi ilk iki yoxlama oyununda İsveçrənin “Sent Marqrethen” klubuna 12:0, Qazaxıstanın “Kazaxmıs” klubuna isə 3:1 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, yığmamız toplanış çərçivəsində keçirdiyi ilk iki yoxlama oyununda İsveçrənin “Sent Marqrethen” klubuna 12:0, Qazaxıstanın “Kazaxmıs” klubuna isə 3:1 hesabı ilə qalib gəlmişdi.
0
0