Mircavadov “Qarabağ”a mesaj göndərdi: Uğuru davam etdirəcəyik
09.02.2010 - 19:54
“Xəzər-Lənkəran”la qarşılaşma bizim üçün vacib oyun idi. Həm ilk dövrədəki məğlubiyyətin əvəzini çıxmağı, həm də qalib gəlməklə, "ilk altılığa" düşməyi hədəfləyirdik”. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Roman Pokora deyib.
Unibank Premyer Liqasının XIX turunun “Xəzər-Lənkəran”la görüşündən sonra keçirilən mətbuat konfransında iştirak edən ukraynalı mütəxəssis 1:2 hesabı ilə uduzan yetirmələrindən razı qalıb: “Komandamız yaxşı oynadı, futbolçularımdan da razıyam. Qələbə qazana bilmədiyimiz üçün təəssüflənirəm”.
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov tərəflərin yaxşı futbol nümayiş etdirdiyini bildirib: “Hər iki komandanı göstərdiyi oyuna görə təbrik edirəm. "Simurq"a gələcəkdə uğurlar arzulayıram. Qarşıdakı oyunlara da ciddi hazırlaşıb, bu uğuru davam etdirəcəyik”.
Qeyd edək ki, “Xəzər-Lənkəran” fevralın 13-də keçiriləcək qarşıdakı turda “Qarabağ”la görüşəcək.

0
0