Uduzan razı, udan narazı
09.02.2010 - 23:09
Unibank Premyer Liqasının XIX turuna "Standard" - "İnter" oyunu ilə yekun vuruldu. Apasport.az saytının xəbərinə görə, "Şəfa" stadionunda nominal ev sahibi qismində çıxış edən Sumqayıt təmsilçisi son ölkə çempionatının gümüş mükafatçısına 0:1 hesabı ilə məğlub oldu. Görüşdən sonra təşkil olunan mətbuat konfransında komandaların baş məşqçiləri fikirlərini bildiriblər.
Böyükağa Hacıyev, "Standard" klubunun baş məşqçisi: "Ümumilikdə komandanın oyunu məni qane elədi. Azlıqda qalan rəqibə qalib gəlməli idik. Təəssüf ki, bir qol oyunun taleyini həll etdi. Bugünkü oyunda Ramal Hüseynov və Amiran Muciri zədə səbəbindən komandaya kömək edə bilmədilər. Qarşıdakı oyunlara yaxşı hazırlaşıb, lazımi nəticə əldə etməyə çalışacağıq"
Kaxaber Sxadadze, "İnter" klubunun baş məşqçisi: "Futbolçularım rəqiblə oyuna köklənə bilmədilər. Qalib gəlməyimizə baxmayaraq, komandanın oyunu məni qane etmədi."

0
0