Ronaldinyo dünya çempionatına aparılmır
10.02.2010 - 09:48
“Milan”ın yarımmüdafiəçisi Ronaldinyo Braziliya milli komandasına çağırılmayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Karlos Dunqa martın 2-də Londonda İrlandiyaya qarşı keçiriləcək yoldaşlıq görüşü üçün açıqladığı siyahıda 30 yaşlı futbolçuya ehtiyac görməyib.
“Bütün oyunçuların forma geyinmək şansı var. Lakin hazırda Ronaldinyo komandanın bir hissəsi sayılmır” - deyə Dunqa vurğulayıb.
Bununla da, Ronaldinyonun 11 iyun – 11 iyul aralığında Cənubi Afrika Respublikasında baş tutacaq dünya çempionatında iştirak şansının azaldığı bildirilir. Axı, irlandlarla görüş Braziliya yığması üçün mötəbər yarış ərəfəsində son matç olacaq.

0
0