Nazim Süleymanovun komanda yoldaşı Avropa çempionlarına qarşı
10.02.2010 - 10:35
Litva milli komandasının yeni baş məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, Raymondas Jutautas yığmanın yeni çalışdırıcısı təyin olunub. 37 yaşlı mütəxəssis bu postda portuqaliyalı Joze Kuşeyranı əvəzləyib.
Avro-2012-nin seçmə mərhələsində 2008-ci ilin Avropa çempionu İspaniya, həmçinin Şotlandiya, Çexiya və Lixtenşteynlə mübarizə aparacaq litvalıların yeni çalışdırıcısının futbolçu karyerasının bir hissəsi Rusiyanın “Alaniya” klubu ilə bağlı olub. Jutautas 1997-99-cu illərdə oynadığı Vladiqafqaz təmsilçisində Azərbaycan milli komandasının sabiq futbolçusu Nazim Süleymanovla birlikdə çıxış edib. Maraqlıdır ki, hazırda “Olimpik-Şüvəlan”a rəhbərlik edən 45 yaşlı mütəxəssisin yığmamızdakı yeganə oyunu da Litva millisinə qarşı olub.

0
0