“Barselona” və “Çelsi”nin sabiq məşqçisi həmyerlimizlə birgə - FOTO
10.02.2010 - 10:44
“Barselona” və “Çelsi”nin sabiq məşqçisi həmyerlimizlə birgə - FOTO
Vaxtilə “Barselona” və “Çelsi”də məşqçi işləmiş, ötən ilin dekabrında “Panatinaikos”un baş məşqçisi postundan qovulmuş Henk ten Kate həmyerlimizlə birgə çalışacaq. Söhbət Azərbaycan yığmasının və “Neftçi”nin sabiq masajçısı Faiq Hüseynovdan gedir. Apasport.az saytının məlumatına görə, artıq Kate və Hüseynovu Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əhli” klubu birləşdirir.

Məsələ burasındadır ki, adıçəkilən komanda məhz hollandiyalıya tapşırılıb. O, son mövsüm 7-ci yerlə kifayətlənmiş tunisli Nurəddin Abidini əvəzləyib. Bu isə o deməkdir ki, Faiq Hüseynov Katenin yetirmələrini masaj edəcək, onların səhhətləri ilə maraqlanacaq.

Mənbə: extratime.az