İlk “altılıq”da lider kimdir?
10.02.2010 - 11:00
Unibank Premyer Liqasının XX turu ərəfəsində “altılıq” uğrunda mübarizə aparacaq komandalardan üçünün adı müəyyənləşib. “İnter”, “Xəzər-Lənkəran” və “Qarabağ” artıq mükafatlar uğrunda mübarizə aparacağını rəsmiləşdirib. Hazırkı turnir cədvəlinə əsasən, “Neftçi”, “Bakı” və “Qəbələ”də 6 xoşbəxt sırasında yer alıb.
Apasport.az saytının hesablamalarına görə, “altılıq” komandalarının öz aralarında keçirməli olduğu və qızıl xallar baxımından əhəmiyyətli olan 30 qarşılaşmadan 25-i artıq keçirilib. Turnir cədvəlinin ilk 6 pilləsində qərarlaşan klublar da final mərhələsini məhz həmin matçlarda toplanan xallarla başlayacaq. Bu nəticələrə əsasən hazırda “altılıq”da yerini təmin edən kollektivlər daha çox – 13 xal yığıb.
Bu komandalar arasında şəxsi matçlara gəlincə, “İnter” 4 xal (topların fərqi 3:3), “Xəzər-Lənkəran” 4 xal (topların fərqi 2:2), “Qarabağ” (topların fərqi 2:2) 3 xal toplayıb. Lakin ağdamlılar bu iki rəqiblə 4 matçdan yalnız 2-ni keçirib. Qurban Qurbanovun yetirmələrinin “Xəzər-Lənkəran”la səfər, “İnter”lə ev oyunları var. Bundan başqa, lənkəranlılar və “İnter”in “Neftçi” ilə də oyunları qalıb. Dördqat ölkə çempionu “Xəzər-Lənkəran”ı qəbul edib, həmşəhərlilərinin qonağı olacaq. İlk “altılıq”da hələ baş tutmayan digər oyun “Bakı” ilə “Qəbələ” arasındadır.

1 | “İnter” | 8 | 4 | 1 | 3 | 9-9 | 13 |
2 | “Xəzər-Lənkəran” | 8 | 3 | 4 | 1 | 8-4 | 13 |
3 | “Qarabağ” | 8 | 3 | 4 | 1 | 5-3 | 13 |
4 | “Neftçi” | 8 | 2 | 4 | 2 | 6-5 | 10 |
5 | “Bakı” | 9 | 2 | 3 | 4 | 6-9 | 9 |
6 | “Qəbələ” | 9 | 1 | 4 | 4 | 6-10 | 7 |
0
0