Berti Foqts: Hələ püşkatmaya qədər baş katibə deyirdim ki...
10.02.2010 - 12:36
Berti Foqts: Hələ püşkatmaya qədər baş katibə deyirdim ki...
“İstəyirsiniz inanın, istəyirsiniz yox, amma Almaniya ilə eyni qrupda yer aldığımız üçün biz xoşbəxtik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Növbəti dəfə Avro-2012-nin seçmə mərhələsinin püşkatması barədə danışan 63 yaşlı mütəxəssisə intuisiyası yardım edib: “Hələ püşkatmaya qədər baş katibə deyirdim ki, həyəcanlanma, Almaniya bizim qrupa düşəcək”.

Foqts bildirib ki, almanlarla Bakıda keçirəcəyimiz matça qazanc mənbəyi kimi baxır: “Almaniyada oyunların yayım dəyəri yüksəkdir. Ən azı Hollandiya və ya Xorvatiya kimi ölkələrdən çoxdur. Deməli, daha çox pul əldə edərək, gənc futbolçuların inkişafına yönəldə biləcəyik. Biz U-13-ün formalaşdırılması ilə bağlı geniş miqyaslı proqrama başlamışıq”.