“Azərbaycan milli komandası bizə hazır loxma olmayacaq”
10.02.2010 - 12:43
“Seçmə mərhələdə bəlkə də ən çox qorxmalı olduğumuz bir komanda var. Azərbaycan bizə hazır loxma olmayacaq”. Apasport.az saytının məlumatına görə, bunu türkiyəli köşə yazarı Celal Erdem Soncul məqaləsində yazıb.
Müəllif Avro-2012-nin seçmə mərhələsinin A qrupu barədə fikirlərini bölüşərkən, ayrı-ayrılıqda rəqiblərə toxunub. O, milli komandamızın ünvanına xoş sözlər işlədib: “Azərbaycan futbolunda aşkar inkişaf var. Hər iki matçda diqqətli olmalıyıq. Əvvəllər Estoniya, Moldova, Malta kimi komandalarla oyunlardakı xal itkisi içimizi yandırmışdı”.
Celal Erdem Sonculun növbəti fikirləri daha maraqlıdır: “Türkiyə milli komandası hər rəqibə ciddi yanaşmalı, hər matça final görüşü kimi çıxmalıdır. Bizim rəqibimiz Almaniya-filan olmaz. İstəsək, dünyada hər komandaya qarşı başabaş mübarizə apararıq. Qalib də gələ bilərik. Yetər ki, istəyək. Məncə, “Türkün türkdən başqa dostu yoxdur” ifadəsinə bu sözlə də əlavə olunmalıdır: dünyada türkün tək rəqibi elə özüdür”.
Qeyd edək ki, Azərbaycan yığması A qrupunda Türkiyə ilə yanaşı, Almaniya, Avstriya, Belçika və Qazaxıstanı da sınağa çəkəcək.

0
0