Azarkeşlər “Latsio”nun bazasına hücum etdilər
10.02.2010 - 13:50
Azarkeşlər “Latsio”nun bazasına hücum etdilər
İtaliyanın “Latsio” klubunun futbolçuları ölüm təhlükəsi ilə üzləşiblər. Apasport.az saytının məlumatına görə, onları heç də yad insanların yox, öz doğma azarkeşlərinin qəzəbinə tuş gəliblər.

Son 5 turda A seriyasında qələbə qazanmadığından, turnir cədvəlinin 18-ci pilləsinə enib. Bu səbəbdən əsəblərini cilovlaya bilməyən yüzlərlə fanat “Latsio”nun bazasına hücum ediblər və futbolçuların məşqə çıxmasına icazə verməyiblər.

Nəticədə polislə azarkeşlər arasında qarşıdurma yaranıb. Üç nəfər yaralanıb, 5 azarkeş isə saxlanılıb. “Latsio”nun oyunçuları qorxularından məşqə çıxmayıblar.

Yeri gəlmişkən, “Latsio”nun çılğın azarkeşi kimi tanınan İtaliyanın məşhur ismi, teleulduz Qabriele Paolini bir neçə gün öncə Romada Trevi bulağı adlanan məkana çılpaq gedərək, maddi böhran keçirən sevimli klubunun durumuna etirazını bildirmişdi.