Vaqif Cavadov İordaniya və Lüksemburqla görüşləri buraxacaq
10.02.2010 - 14:16
Vaqif Cavadov İordaniya və Lüksemburqla görüşləri buraxacaq
Vaqif Cavadovun Azərbaycan milli komandasının bu il keçirəcəyi ilk oyunlarında iştirakında problem yaranıb. Apasport.az saytının məlumatına görə, Hollandiyanın “Tvente” klubunda məşq prosesində aldığı zədə nəticəsində əməliyyat olunan 21 yaşlı hücumçu yalnız iki həftədən sonra məşqlərə başlaya biləcək.

Bu, həm Vaqifinin yeni klubunda möhkəmlənməyinə, həm də yığmanın İordaniya (fevralın 25-də) və Lüksemburqla (martın 5-də) səfərdəki yoldaşlıq görüşlərində iştirakına problem yaradır. Ancaq futbolçunun atası Füzuli Cavadov bununla bağlı apasport.az-a açıqlamasında ciddi narahatçılığa ehtiyac görmədiyini bildirib: “Onsuz da hollandlar Vaqifi hər zaman yığmaya buraxmayacaqlar. Yəni, Avropada bununla bağlı ciddi qayda-qanun var və klublar futbolçunu hər təlim-məşq toplanışına, yoldaşlıq görüşünə buraxmırlar”.