“Turan”ın baş məşqçisi “Qəbələ” ilə oyuna niyə çıxmayıb?
10.02.2010 - 15:31
Unibank Premyer Liqasının XIX turunun “Qəbələ” ilə səfər oyununa Tovuzun “Turan” klubu baş məşqçisiz çıxıb. Apasport.az saytının məlumatına görə, komanda son 2 turda olduğu kimi, bu dəfə də 43 yaşlı çalışdırıcısı Nizami Sadıqova ehtiyac duymayıb. Lakin bu dəfəki qarşılaşma əvvəlkilərdən fərqli olub.
Belə ki, AFFA-nın İntizam Komitəsi ötən il dekabrın 22-də keçirilən iclasında baş məşqçini cəzalandırmışdı: “19 dekabr 2009-cu il tarixində XVIII Unibank Premyer Liqasının XVI turunun “İnter” – “Turan” matçının 88-ci dəqiqəsində “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze ilə “Turan” klubunun baş məşqçisi Nizami Sadıqov bir-birini təhqir etdiklərinə görə texniki zonadan kənarlaşdırıldıqları üçün hər iki baş məşqçi 4 oyunluq cəzalandırılıb, klublar isə 4000 (dörd min) manat cərimə olunub (maddə 41). Hər iki məşqçiyə verilmiş cəzanın yarısı (2 oyun) şərti olaraq tətbiq ediləcəkdir. Yəni məşqçilər 6 ay müddətində qayda pozuntusuna yol verərsə, sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunur və yeni sanksiya əvvəlki sanksiyaya tam şəkildə əlavə olunur”.
Bu qərara əsasən həm Sadıqov, həm də onun gürcü həmkarı Sxadadze XVII və XVIII turu buraxmalı və sonrakı 6 ayı nümunəvi məşqçi olmalı idi. Ötən il dekabrın 26-da “Olimpik-Şüvəlan”, bu il fevralın 2-də isə “Bakı” ilə oyunları texniki zonadan kənardan izləyən Sadıqovun qayıdışı Qəbələdə gerçəkləşməli olsa da, nədənsə bu baş verməyib. Həm oyunun protokoluna onun yox, köməkçisi Sakit Alıyevin adı yazılıb, həm də mətbuat konfransında sonuncu iştirak edib. Hətta Alıyev hakimliklə bağlı iradlarını da rəsmi sənədə qeyd edib. Sadıqovdan fərqli, onunla eyni hərəkətə görə eyni cəza alan Sxadadze son turu iş başında olub.

0
0