“4000 manatı öz cibimdən ödəməyəcəyəm” - FOTO
10.02.2010 - 15:52
Tovuzun “Turan” klubunun baş məşqçisi Nizami Sadıqov Unibank Premyer Liqasının son turunda “Qəbələ” ilə səfər oyununda (0:1) texniki zonadan kənarda qalmasına aydınlıq gətirib. 47 yaşlı çalışdırıcı apasport.az saytına açıqlamasında AFFA-nın İntizam Komitəsinin onu verilən cəzanın müddətini başa çatmasından xəbərdar olduğunu bildirib.
Sadıqov vurğulayıb ki, onun Qəbələdəki oyunu kənardan izləməsi cərimənin ödənilməməyi ilə bağlı imiş. Yəni, maddi sıxıntı içərisində olan “Turan” baş məşqçisinə kəsilən 4000 manatlıq cərimənin ödəməsini yubandırdığı üçün vəziyyət bu həddə çatıb: “Cəzamın müddəti bitsə də, cərimə ödənilmədiyi üçün “Qəbələ” ilə görüşdə texniki zonadan ola bilmədim. Ancaq növbəti turda “Muğan”la ev oyununda bu problem olmayacaq. Çünki məsələ həllini tapıb və cərimə gələn tura qədər ödənilməlidir”.
Sadıqov cərimənin kimin ödənilməsinə də aydınlıq gətirdi: “Bunu mən öz cibimdən yox, klub ödəyəcək. Məbləğ elə də böyük deyil. Deməzdim ki, bu il uduzmağımız texniki zonadan kənarda qalmağımla bağlıdır. Düzdür, baş məşqçi texniki zonada olanda futbolçular daha məsuliyyətli olurlar. Ancaq mən kənarda olanda da futbolçularımızda bu cəhətdən problem olmur”.
Qeyd edək ki, Sadıqov ötən ilin sonunda “İnter”lə səfər oyununda rəqib baş məşqçi Kaxaber Sxadadze ilə bir-birlərini təhqir etdiklərinə görə eyni cəzaya məruz qalıblar.

0
0