“Neftçi” klubundan qalmaqalla ayrılan futbolçu Türkiyədə qol vurdu - FOTO
10.02.2010 - 16:30
“Neftçi” klubundan qalmaqalla ayrılan futbolçu Türkiyədə qol vurdu - FOTO
“Neftçi” klubundan qalmaqalla ayrılan moldovalı futbolçu Sergey Alekseyev Ukraynada “Zakarpatye” komandasının düşərgəsində yer alıb. Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu Premyer Liqa təmsilçisində baxışdadır.

Alekseyev Türkiyədə təlim-məşq toplanışında Rusiyanın “Saturn” klubu ilə əsas heyətdə meydana çıxdığı yoxlama oyununda fərqlənməyi də bacarıb. Belə ki, “Zakarpatye” məhz onun 64-cü dəqiqədə 30 metrdən cərimə zərbəsindən vurduğu baxımlı qolla qələbə qazanıb. Bu, Ujqorod təmsilçisinin Türkiyədə növbəti toplanışında sonuncu yoxlama oyunu olub.

Qeyd edək ki, Alekseyev “Neftçi” ilə də Türkiyədə baxışda olaraq, yoxlama oyununda iştirak edib. Rəsmən təqdim olunan legionerin transfer olunmasına qərar verilsə də, sonradan yaranan problem vəziyyəti əksinə dəyişdirdi. Sergeylə anlaşmanın maddi tərəfindəki problem onun “ağ-qaralar”dan gedişinə gətirib çıxardı.