AFFA yığmanın ev oyunlarının teleyayımı ilə bağlı tender keçirəcək
10.02.2010 - 17:26
AFFA yığmanın ev oyunlarının teleyayımı ilə bağlı tender keçirəcək
Futbol üzrə Azərbaycan milli komandasının Avro-2012-nin seçmə mərhələsindəki ev oyunları ilə bağlı tender elan olunacaq. Bu haqda apasport.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. Onun sözlərinə görə, yığmanın doğma meydanda keçirəcəyi matçların teleyayım hüququ AFFA-ya məxsusdur.

“Biz bu hüququ Almaniyanın “Sport Five” şirkətdən almışıq. Ölkəmizdə görüşləri izləmək istəyən telekanal bu imkanı yalnız bizim vasitəmizlə əldə edə bilər. Yəqin ki, bununla bağlı tender keçiriləcək” - deyə Məmmədov vurğulayıb.

Qeyd edək ki, milli komandamız seçmə mərhələ matçlarına 2010-cu ilin sentyabrından 2011-ci ilin oktyabrınadək olan aralıqda çıxacaq.