Muhsin Muhamadiyev: Araz Abdullayevin “Rubin”in heyətində oynaması hələ tezdir
10.02.2010 - 17:30
Muhsin Muhamadiyev: Araz Abdullayevin “Rubin”in heyətində oynaması hələ tezdir
Rusiyanın “Rubin” klubunun rəhbərliyi komandanın əvəzedici heyətində baxışda olan Azərbaycan yığmasının və “Neftçi”nin futbolçusu Araz Abdullayevi bəyənib. Bu haqda Lent.az-a eksklüziv açıqlamasında “Rubin”in idman direktoru Muhsin Muhamadiyev məlumat verib.

Onun sözlərinə görə, Kazan klubunun əvəzedici komandasının Türkiyənin Antalya şəhərində keçirdiyi təlim-məşq toplantısı zamanı Abdullayev baxışdan normal hazırlıqlı futbolçu kimi keçib. Muhamadiyev tezliklə yığmamızın yarımmüdafiəçisinin “Rubin”ə transferini həll etmək üçün “Neftçi” rəhbərliyi ilə danışıqlara başlayacaqlarını bildirib. Lakin o, Abdullayevin ikiqat Rusiya çempionunun əsas heyətində oynaması üçün hələ tez olduğunu açıqlayıb: “Hələlik baxacağıq. Gələcəkdə özünü göstərə bilsə, onu əsas komandamıza götürə bilərik. Əlbəttə, bu, baş məşqçimiz Kurban Berdıyevin qərarından asılı olacaq”.