“Qalatasaray” super transferə hazırlaşır
10.02.2010 - 18:46
“Qalatasaray” rəhbərliyi Türkiyədə böyük səs-küyə səbəb olacaq transferə hazırlaşır. Apasport.az saytının məlumatına görə, “sarı-qırmızılılar” mövsümlərarası fasilədə Türkiyə yığmasının və İngiltərənin “Stouk Siti” klubunun üzvü Tuncay Şanlını heyətə cəlb etmək üçün indidən hərəkətə keçiblər.
İstanbul təmsilçisinin rəsmisi Haldun Üstünəl bununla bağlı 28 yaşlı hücumçu ilə İngiltərədə 3 dəfə gizli görüşüb. İlk iki cəhddə heç nə alınmasa da, son görüş zamanı Tuncay yayda danışıqlar aparmağa razılıq verib.
Şanlının “Cim Bom”a keçidinin “Fənərbaxça”lılar tərəfindən necə qəzəblə qarşılanacağını təsəvvür etmək çətin deyil. Axı futbolçu 2002-07-ci illərdə məhz “Fənərbaxça”nın şərəfini qoruyub. “Qalatasaray” rəhbərliyi Tuncayı transfer etməklə, 2008-ci ildə əks marşrutla hərəkət etmiş Əmrə Belözoğlunun qisasını almaq istəyir.

0
0