Əlvida, “Cim Bom”!
11.02.2010 - 10:17
Əlvida, “Cim Bom”!
“Qalatasaray” klubu Türkiyə kuboku uğrunda yarışda mübarizəni erkən dayandırıb. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi 1/4 final mərhələsində “Antalyaspor”u üstələyə bilməyib.

Hərçənd, ilk oyunda 1:2 hesablı məğlubiyyətlə üzləşən “sarı-qırmızılılar” cavab görüşündə qələbə qazanıblar. “Əli Sami Yen” stadionunda keçirilən matç meydan sahiblərinin minimal fərqli qalibiyyəti ilə yekunlaşıb - 3:2.

Lakin bu nəticə “Cim Bom”un növbəti mərhələyə adlamasına kömək etməyib. “Antalyaspor” səfərdə daha çox qol vurduğu üçün yarımfinala yüksəlib.