Mahir Şükürov davaya düşdü
11.02.2010 - 10:21
Mahir Şükürovun şərəfini qoruduğu “Anji” klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Antalyadakı təlim-məşq toplanışında son sınağına çıxan rusiyalılar “Slaviya” (Bolqarıstan) ilə görüşüb.
Mahaçqala təmsilçisinin baş məşqçisi Omari Tetradze hər hissədə bir heyətə güvənib. Yalnız Mamayev hər iki hissədə meydanda olub. Mahir isə ilk yarıda mübarizə aparan start heyətində yer alıb. Qarşılaşma ukraynalı hakimlərin hoqqaları üzündən yarımçıq dayandırılıb. Artıq ilk yarıda rusların qapısına düzgün olmayan penalti təyin edən referi bolqarları da azlıqda qoyub. İkinci hissədə isə ukraynalı ümumiyyətlə oyunun “ipini” itirib. Hesab 1:1 olarkən “Anji”nin iki oyunçusunun zədəli halda yerdə uzanmasından sonra “Slaviya”nın qol vurması isə lap aranı qarışdırıb. Meydanda baş verən dava-dalaş matçın dayandırılmasına səbəb olub.
Qeyd edək ki, “Slaviya” ilə oyunda rusiyalıların heyətində yeni futbolçu debüt edib. Bu Bolqarıstanın “Levski” klubunun mərakeşli müdafiəçisi Yusuf Rabehdir. Çempionlar Liqasının təsnifat mərhələsinin “Bakı” ilə oyununda Feliks Felipe Almeydanın başına bir təpik vurmaqla onu noqdauna salan afrikalı artıq Mahirin komanda yoldaşı olacaq.

0
0