Vaqif Cavadov 10 oyun buraxacaq
11.02.2010 - 10:34
Vaqif Cavadov 10 oyun buraxacaq
Həmyerlimiz Vaqif Cavadovun çıxış etdiyi “Tvente” klubundakı debütü ən yaxşı halda apreldə gerçəkləşə bilər. Apasport.az saytının məlumatına görə, holland həmkarlarımız meniskdən əməliyyat olunan 21 yaşlı hücumçunun əsas heyətdə daha tez peyda olmasını real saymır.

Tibbi müdaxilədən sonra 4-6 həftəyə bərpa olunacağı gözlənilən Vaqif yalnız bu müddətdən sonra tam gücü ilə hazırlıqlara qatıla biləcək. Bundan sonra formasını bərpa etməli olacaq Cavadovun ən tez apreldə şans qazanacağı mümkündür. Bu isə futbolçumuzun “Tvente”nin qarşıdakı 10 oyununu buraxması deməkdir.

Qeyd edək ki, təxminən bir aydır Hollandiyada olan Vaqif yalnız bir dəfə Enshede təmsilçinin formasını geyinib. Bu da əvəzedici komandanın Almaniyanın “Bohum” klubunun gəncləri ilə yoldaşlıq oyununa təsadüf edib. Hücumçu həmin görüşün ilk 45 dəqiqəsini meydanda olmuşdu.