Nigeriyalı futbolçu “Xəzər-Lənkəran”da birdən-birə iki tarix yazdı
11.02.2010 - 12:03
Nigeriyalı futbolçu Emeka Opara “Xəzər-Lənkəran”ın tarixinə düşüb. Apasport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 26 yaşlı hücumçu 2004-cü ilin yayında yaranan “Xəzər-Lənkəran”ın tarixində 100-cü futbolçu olub.
Unibank Premyer Liqasının son turunda səfərdə Zaqatalanın “Simurq” klubuna qalib gəlməklə (2:1) “altılığ”a düşməsini rəsmiləşdirən “Xəzər-Lənkəran”ın heyətində həmin görüşdə iki futbolçu debüt edib. Əsas heyətdə yer alan, qol da vuran braziliyalı yarımmüdafiəçi Kristian Kabral 99-cu, Opara isə ondan sonra, 90-cı dəqiqədə meydana çıxdığı üçün 100-cü olub. “Yüzlüy”ə daxil futbolçulardan 11-in (İvan Pexa, Nizami Hacıyev, Denis Kalinkov, Allan Lalin, Ramazan Abbasov, Tomas İneman, Kazım Kazımlı, Elvin Beçiri, Tixon Şışov, Kristian Kabral və Emeka Opara) debütünün cari mövsümdə gerçəkləşməsini maraqlı məqam saymaq olar. “Xəzər-Lənkəran” formasını geyinmiş futbolçular arasında legionerlər çoxluq təşkil edir. Belə ki, həmin 100 futbolçudan 55-i əcnəbi, 45-i yerli futbolçudur.
Qeyd edək ki, Opara “Xəzər-Lənkəran”da ilk nigeriyalı futbolçu olmaqla da tarixə düşüb. Qanalı müdafiəçi Kinqsli Atakora və Kot D’İuvardan hücumçu Yakuba Bambanı nəzərə alsaq, cənub təmsilçisində üçüncü afrikalı olan Emeka yeni komandasının “coğrafiyası”nı genişləndirib. Bunadək “Xəzər-Lənkəran”ın heyətində 21 xarici ölkənin vətəndaşı meydana çıxıb. Ən çox legioner Türkiyədən olub – 9 futbolçu. Braziliya “Xəzər-Lənkəran”da 8, Belarus, Serbiya, Rumıniya hərəyə 5, Bolqarıstan 4, Kolumbiya, Litva, Albaniya hərəyə 2, İsveç, Gürcüstan, Kot D’İvuar, Fransa, Portuqaliya, Rusiya, Qana, Honduras, Çexiya, Slovakiya, Moldova və Estoniya hərəyə bir futbolçu ilə təmsil olunub.

0
0