Araz Abdullayev “Rubin”də nəyə həsrət qaldı?
11.02.2010 - 12:45
Azərbaycan yığmasının futbolçusu Araz Abdullayevin baxışda olduğu Rusiyanın “Rubin” klubunun əvəzedici komandası Türkiyənin Antalya şəhərində keçirilən hazırlıq prosesini başa vurub. Apasport.az saytının məlumatına görə, təlim-məşq toplanışında 3 yoxlama oyununda qüvvəsini sınayan Kazan təmsilçisi son görüşdə Almaniyanın “Frayburq-2” komandasına uduzub - 0:2.
Bununla da, “Rubin” ilk hazırlıq prosesində qələbəyə həsrət qalıb. “Rubin”in əvəzediciləri bunadək Donetsk “Metallurq”unun gənclər komandası (0:0) və Qazaxıstan “İrtış”ı ilə (1:1) matçlarda heç-heçəyə razılaşmışdılar. Yeri gəlmişkən, milli komandamızın hücumçusu Daniel Axtyamovun baxışda olduğu “İrtış”la qarşılaşmada kazanlıların yeganə qolunun müəllifi məhz 18 yaşlı Araz Abdullayev olub.
Qeyd edək ki, “Rubin” rəhbərliyi Abdullayevin keçidi üçün onun transfer hüquqlarına malik “Neftçi” rəsmiləri ilə danışıqlar aparmaq qərarına gəlib.

0
0