“Olimpik-Şüvəlan”: beyni silkələnən də var, burnu qırılan da
11.02.2010 - 13:00
Bakının “Olimpik-şüvəlan” klubu ciddi itkilərlə üzləşib. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, Unibank Premyer Liqasının fevralın 13-də keçiriləcək növbəti turu ərəfəsində paytaxt təmsilçisi zədəli oyunçuların mövcudluğundan əziyyət çəkir.
Ayın 9-da “Muğan”a qarşı oyunun iştirakçıları olan Sergey Laşenkov və Usim Ndukanın durumu isə fərqlidir. Belə ki, Moldova milli komandasının kapitanı “Standard”la birisi gün keçiriləcək qarşılaşmada forma geyməyəcəyi dəqiqdir. Buna Laşenkovun burnunun qırılması səbəb olub. Azərbaycan milli komandasının sabiq oyunçusu isə sumqayıtlılarla oynayacağına ümid edə bilər. Milliləşən nigeriyalının beyni silkələndiyindən hələ meydana çıxıb-çıxmayacağı dəqiqləşməyib.
Qeyd edək ki, Nazim Süleymanov qırmızı vərəqə aldığından cəzalı duruma düşən qapıçı Cahangir Həsənzadənin də xidmətindən məhrumdur.

0
0