UEFA Bakıda seminar keçirir
11.02.2010 - 13:32
UEFA Bakıda seminar keçirir
Tanınmış türkiyəli həkim Mehmet Binnət yenidən Azərbaycana gəlir. Apasport.az saytının məlumatına görə, Binnət fevralın 24-də və 25-də Bakıda “Park İNN” otelində AFFA-nın təşkilatçılığı ilə UEFA-nın keçirəcəyi tibbi seminara rəhbərlik edəcək.

UEFA-nın Tibb Komitəsinin üzvü olan Binnətin keçirəcəyi beynəlxalq seminara Serbiya, Qazaxıstan, Gürcüstan və s. ölkələri təmsil edən idman həkimləri, Unibank Premyer Liqasında çıxış edən klubların həkimləri, həmçinin ölkəmizdə fəaliyyət göstərən müxtəlif idman federasiyalarının tibb personalının nümayəndələri qatılacaq. Seminarın əsas mövzusu zədələrin müasir üsullarla müalicəsi, o cümlədən futbolda reanimasiya, reabilitasiya, maqnit-rezonans tomoqrafiyası və s. olacaq.

Qeyd edək ki, indiyə kimi dəfələrlə ölkəmizə gələn, bir sıra futbolçularımızı, idmançılarımızı müalicə, əməliyyat edən Binnət əslən azərbaycanlıdır.