“Neftçi” klubunun sabiq məşqçisi İspaniyada dünyasını dəyişdi
11.02.2010 - 14:06
“Neftçi” klubunun sabiq məşqçisi İspaniyada dünyasını dəyişdi
“Neftçi” klubunun sabiq məşqçisi Yuri Sevidov dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, veteran futbolçu 68 yaşında İspaniyanın Marbelye şəhərində ezamiyyətdə olarkən vəfat edib.

Sevidov son illərdə Rusiyanın “Sovetskiy Sport” qəzetində şərhçi kimi çalışırdı. Futbolçu karyerasının ən yaxşı illərin Moskvanın “Spartak” klubunda keçirən veteran hücumçu SSRİ çempionatının qızıl, gümüş, bürünc medallarını və iki dəfə SSRİ kubokunu qazanıb. 1962-ci ildə “Neftçi”nin hücumçusu Eduard Markarovla birgə SSRİ çempionatının bombardiri olub. 1961-ci ildən SSRİ idman ustası olan Sevidov futbolçu karyerasını bitirdikdən sonra məşqçi və televiziyada şərhçilik edib.

Qeyd edək ki, Yuri Sevidov SSRİ-də tanınmış futbol məşqçilərindən Aleksendr Sevidovun oğludur. Sevidovlar 1987-ci ildə “Neftçi”də birgə çalışıblar.