AFFA Zaur Ramazanovu yenə cəzalandırdı
11.02.2010 - 14:17
AFFA Zaur Ramazanovu yenə cəzalandırdı
AFFA Yevlaxın “Karvan” klubunun hücumçusu Zaur Ramazanovu cəzalandırıb. Apasport.az saytının məlumatına görə, 34 yaşlı hücumçu Unibank Premyer Liqasının son turundakı hərəkətlərinin güdazına gedib.

Zaur “Karvan”ın “Qarabağ”la səfər qarşılaşması başa çatdıqdan sonra hakimlərə qarşı qeyri-etik hərəkət etdiyi üçün AFFA İntizam Komitəsi tərəfindən 2 oyunluq cəzaya məruz qalıb. Ramazanova görə onun klubu 2000 manat cərimə olunub.

Qeyd edək ki, Ramazanov karyerası ərzində dəfələrlə AFFA-nın cəzalarına məruz qalıb.