“Turan”da məşqçi qalmadı
11.02.2010 - 15:02
Tovuzun “Turan” klubu ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, Qərb təmsilçisinin məşqçiləri “qarğışa keçib”. Belə ki, AFFA-nın İntizam Komitəsi növbə ilə Tovuzun az qala bütün məşqçilərini cəzalandırmaqda davam edir.
Unibank Premyer Liqasının XIX turunun “Qəbələ” ilə oyununda texniki zona qaydalarını pozduğu üçün 1 oyunluq cəzalandırılan Eltay Aslanov “Turan”ın 4-cü məşqçisidir ki, komitənin qəzəbinə tuş gəlir.
Bir müddət əvvəl, komandanın baş məşqçisi Nizami Sadıqovun 2+2 oyunluq (yəni 2-si şərti olmaqla) cəzası başa çatdı. Düzdür, 4000 manatlıq cərimə vaxtında ödənmədiyindən o, 3 matçı kənardan izləməli oldu. Ötən il dekabrın 22-də cəzalanan Sadıqov “İnter”dən olan həmkarı Kaxaber Sxadadze ilə bir-birini təhqir etdiyi və bu səbəbdən texniki zonadan qovulduğu üçün cəzaya layiq görülmüşdü.
Onun digər köməkçisi Eldəniz Hüseynov da komitənin sərt üzünü görüb. Cari mövsüm cəzalanan ilk tovuzlu məşqçi olan Hüseynov ötən il sentyabrın 15-də İntizam Komitəsinin siyahısına düşüb. O, 1 oyunluq kənarlaşdırılma və 2000 manat cərimə ilə canını qurtarıb.
“Turan”ın hazırda məşqçiliklə məşğul olan daha bir veteranı Etimad Qurbanov isə U-15-in güdazına gedib. Yeniyetmələrlə çalışan çalışdırıcı hakimləri təhqir etdiyi üçün 4 matçlıq cəza alıb.
Bütün bunlar azmış kimi, Sadıqov daha bir dəfə komandasını xərcə salıb. Onun mətbuat konfransına gəlməməsi komitənin ötən il dekabrın 7-dəki iclasında müzakirə olunub. Tovuzlular buna görə 1000 manat cərimələnib.
Ümumilikdə, “Turan”ın 4 məşqçisi ilə bağlı 5 qərar çıxaran komitə onları 8+2 oyunluq cəzalandırıb. Çalışdırıcılarının klubuna verdiyi qazanc isə 9 min manatlıq cəriməyə çatıb.

0
0