Milli komandamıza iki yeni futbolçu çağırıldı
11.02.2010 - 15:21
Milli komandamıza iki yeni futbolçu çağırıldı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, yığmanın heyətini komplektləşdirmək məqsədilə keçiriləcək toplanışa daha iki futbolçu çağırılıb. İki müxtəlif heyətlə Bakı şəhərində baş tutacaq seleksiya xarakterli təlim-məşq toplanışında daha 2 futbolçu – Ramazan Həsənov və Cavid Muxtarov da iştirak edəcək. Onlar fevralın 16-dan 19-dək keçiriləcək hazırlıq prosesində qatılacaq “23-lük”də yer alıb.

Qeyd edək ki, Oliver Pelzerin yetirmələri fevralın 13-dən 19-a qədər hər gün saat 10:30-dan 12:30-dək və 19:00-dan 21:00-dək Olimpiya Yığmalarının Təlim-Məşq Mərkəzində olacaq.