“Hakimlər Ramiz Məmmədovun hərəkətlərinə göz yumurdu”
11.02.2010 - 15:30
Tovuzun “Turan” klubunun məşqçisi Eltay Aslanov Unibank Premyer Liqasının son turunda “Qəbələ” ilə səfər oyunlarını (0:1) idarə edən hakimlərdən narazı qalıb. 38 yaşlı çalışdırıcı apasport.az saytına açıqlamasında referiləri texniki zona ilə bağlı ayrı-seçkilikdə günahlandırıb.
Aslanov bildirib ki, hakim “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədovun hərəkətlərinə göz yumurmuş: “Hakim meydan sahiblərinə simpatiya göstərirdi. Ramiz Məmmədov göstərişlərini verən zamanı meydanın içərisinə girsə də, ona söz deyilmirdi. Ancaq bizə qarşı möhkəm təzyiq var idi. Texniki zonada belə göstəriş verməyimizi qoymurdular”.
Qeyd edək ki, “Qəbələ” – “Turan” oyunun baş hakimi Rauf Cabbarov, dördüncü hakimi Zöhrab Əliyev olub.

0
0