Adamiya “Xəzər-Lənkəran”a qarşı oynayacaqmı?
11.02.2010 - 16:21
Ağdamın “Qarabağ” klubu Lənkərana yollanıb. Apasport.az saytının məlumatına görə, bu gün günorta saatlarında Bakını tərk edərək, cənub bölgəsinə yollanan “Qarabağ” sabah orada məşq keçəcək. Ağdamlılar Unibank Premyer Liqasının növbəti turu çərçivəsində fevralın 13-də “Xəzər-Lənkəran”ın qonağı olacaq. “Qarabağ”ın bir gün öncə səfərə yollanması yerli iqlimə uyğunlaşmasına hesablanıb.
Bu gün son məşqini Bakıda keçirən “Qarabağ”da heyətlə bağlı problemlər var. Belə ki, son turda “Karvan”la oyunda qırmızı vərəqə alaraq bir oyunluq cəzalanan Ayxan Abbasov Lənkəranda meydana çıxmayacaq. Əvəzində “Karvan”la görüşü cəza üzündən buraxan Rəşad Sadiqov sıraya dönüb. “Qarabağ”ın yeni transferi Georgi Adamiyanın “Xəzər-Lənkəran”a qarşı oynayıb-oymayacağı isə hələ bilinmir. Bu, oyun günü bəlli olacaq.
Qeyd edək ki, zədə problemi olan Adamiya “Qarabağ”da debüt etməyib.

0
0