Ponomaryov üçün Sevgililər günü
11.02.2010 - 18:37
Ponomaryov üçün Sevgililər günü
Azərbaycan yığmasının sabiq futbolçusu Anatoli Ponomaryovun heyətində yer aldığı Türkiyənin “Orduspor” klubu Sevgililər gününə xüsusi hazırlaşır. Apasport.az saytının məlumatına görə, birinci liqada mübarizə aparan Ordu şəhərinin təmsilçisi növbəti oyununu fevralın 14-də evdə “Dardanelspor”a qarşı keçirəcək.

Ponomaryovun komandası tərəfdarları ilə fevralın 14-dəki görüşə xüsusi hazırlaşır. XXII turdakı oyununa hazırlığını bütün gücü ilə davam etdirən “Orduspor”un futbolçularının məşq prosesində canfəşanlığı, istəkli olması diqqətdən qaçmır. Türk həmkarlarımızın sözlərinə inansaq, Ponomaryov və onun komanda yoldaşları, məşqçi heyətinin ağlından qələbədən başqa bir nəticə keçmir.

Qeyd edək ki, turnir cədvəlində vəziyyəti pis olan “Orduspor” 21 oyundan sonra eyni xalla 18 komanda arasında 17-ci yerdə gedir.