Ağasəlim Mircavadovun yubileyi
12.02.2010 - 10:06
Ağasəlim Mircavadovun yubileyi
Unibank Premyer Liqasının XX turunun “Qarabağ”la oyunu “Xəzər-Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov üçün əlamətdar olacaq. Apasport.az saytının hesablamalarına görə, 63 yaşlı mütəxəssis çalışdırdığı komandanı yubiley – 100-cü görüşə çıxaracaq.

İlk dəfə 2006-cı ilin yayında “sükanı arxasına” keçdiyi “Xəzər-Lənkəran”a 2008-ci ilin avqustunadək rəhbərlik edən Mircavadov həmin müddətdə ölkə çempionluğu, iki ölkə kuboku və “Birlik kuboku”nun qazanılmasının memarı olmuşdu. 2006-cı il avqustun 11-də “Neftçi” ilə Lənkərandakı matçda (2:1) debüt edən mütəxəssis həmin vaxt bakılıları çalışdıran Qurban Qurbanovla üz-üzə gəlmişdi. Maraqlıdır ki, Mircavadovun yubiley oyunu da Lənkəran şəhər stadionunda, məhz Qurbanovun yetirmələrinə qarşı olacaq.

Lakin indi gənc həmkarı “Qarabağ”da çalışır. Həmin “Qarabağ”dakı Mircavadovun baş məşqçi kimi ilk uğurları da bu komanda ilə bağlıdır. 17 il onun rəhbərlik etdiyi Ağdam təmsilçisi Azərbaycan futbolu tarixində ilk və yeganə komanda oldu ki, mövsüm ərzində 3 titul qazandı. Mircavadovun yetirmələri ölkə çempionluğu, ölkə kuboku və Superkuboka sahib çıxdı. Ölkənin ən titullu məşqçisi il yarım əvvəl Avropa Liqasının “Lex”lə Polşadakı görüşündən (1:4) sonra istefa versə də, cənub təmsilçisindən ayrılığı uzun sürmədi. Yarım il əvvəl ikinci dəfə “Xəzər-Lənkəran”a baş məşqçi təyin olunan mütəxəssis artıq komandanı 99 matça çıxarıb. Sabah isə o sabiq komandası ilə oyunda yubiley qeyd edəcək.

2006/07

Çempionat

24

17

5

2

50-16

56

 

Kubok

9

8

0

1

24-2

22

2007/08

ÇL

2

0

1

1

2-4

1

 

Birlik

4

0

1

3

3-9

1

 

Çempionat

26

14

10

2

44-16

52

 

Kubok

9

7

1

1

27-7

22

2008/09

UEFA

2

0

0

2

1-5

0

2009/10

Çempionat

19

11

6

2

26-11

39

 

Kubok

2

2

0

0

4-1

6

Cəmi

Çempionat

69

42

21

6

120-43

147

 

Kubok

20

17

1

2

13-8

52

 

Avrokubok

4

0

1

3

3-9

1

 

Birlik

6

4

1

1

13-8

13

 

yekun

99

63

24

12

191-70

213