Nəhs günün düşər-düşməzi: “Xəzər-Lənkəran” ilk dəfə lider ola bilər
12.02.2010 - 10:43
Nəhs günün düşər-düşməzi: “Xəzər-Lənkəran” ilk dəfə lider ola bilər
Sabah Unibank Premyer Liqasında XX turun oyunları start götürəcək. Apasport.az saytının məlumatına görə, nəhs günə - fevralın 13-ə təyin olunan görüşlərin yarısı Bakıda, yarısı əyalətdə baş tutacaq. “Olimpik-Şüvəlan”la “İnter” ev oyunlarını eyni arenada keçirdiyindən, “Şəfa”da yenə iki matç oynanılacaq.

Sözsüz ki, turun mərkəzi oyunu Lənkəranda baş tutacaq. Eyni xallara malik “Xəzər-Lənkəran”la “Qarabağ” “altılığ”a düşməsini hələ ötən tur rəsmiləşdirsələr də, bu oyunun vacibliyini azaltmır, əksinə, artırır. Axı söhbət “qızıl xallar”dan gedir və lənkəranlılar məhz bu göstəricidə rəqibindən geri qalır. Deməli, “Xəzər-Lənkəran”ın baş məşqçisi kimi 100-cü oyununa çıxacaq Ağasəlim Mircavadov yubileyini yaxşı tanıdığı komanda üzərində qeyd etməlidir.

Təcrübəli mütəxəssis məşqçi kimi ilk ən böyük uğurlarını “Qarabağ”da qazanıb. O, 1993-cü ildə Ağdam işğal olunan zaman bu klubla mövsümü üç titulla – ölkə çempionluğu, ölkə kuboku və Superkubokla bitirib. “Xəzər-Lənkəran”a “Qarabağ” üzərində qələbə həm də ona görə vacibdir ki, komanda cari mövsümdə ilk dəfə lider ola bilər. Yəni, cənub təmsilçisinin “İnter”lə xalları eyni olarsa, bu komandanı şəxsi oyunlarda üstələdiyi üçün onu qabaqlayacaq.

“Bakı” – “Qəbələ” və “İnter” – “Simurq” oyunları da ilk “altılıq” uğrunda mübarizədə çox əhəmiyyətlidir. “Bakı”nın rəqibini ilk dövrədə yendiyini nəzərə alsaq, evdə heç-heçə də şəxsi göstəricidə ondan üstün olmağa imkan yaradır. Ancaq təbii ki, həm son ölkə çempionu, həm də “altılığ”a düşmək üçün bütün gücünü qoyan “Qəbələ” yalnız qələbə haqda düşünür.

İlə məğlubiyyətlərlə başlayan “Simurq” üçünsə sabahkı görüş son şans olacaq. Hər halda, Zaqatala təmsilçisi növbəti xal itkisinə məruz qalacağı halda, “altılıq”dan demək olar əlini üzəcək.

“Bakı”, “Qəbələ” və “Simurq” kimi “altlığ”a düşmək vəzifəsini hələ yerinə yetirməyən “Neftçi”ni autsayderlə səfər oyununda heç də asan sınaq gözləmir. Hər halda, qış fasiləsində bır sıra təcrübəli futbolçuları heyətinə qatan “Karvan” gücünü göstərib.

13 fevral

13:00. "Olimpik-Şüvəlan" - "Standard"

Hakimlər: Elnur Muradov, Aydın Ələkbərov, Mübariz Haşımov, Elvin Əsgərov
Bakı. "Şəfa" stadionu.
İlk dövrədəki oyun – 0:1

14:00. "Bakı" - "Qəbələ"
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Mehman Mahmudov, Zöhrab Əliyev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk dövrədəki oyun – 2:0

14:00. "Karvan" - "Neftçi"
Hakimlər: Əfqan Həmzəyev, Azər Məmmədov, Roman Vasilyev, Ramil Diniyev
Yevlax. Şəhər stadionu.
İlk dövrədəki oyun – 0:1

14:00. "Turan" - "Muğan"
Hakimlər: Elçin Məmmədov, Habil Əliyev, Elşən Durmuşov, Ceyhun Haşımov
Tovuz. Şəhər stadionu
İlk dövrədəki oyun – 3:2

16:00. "Xəzər-Lənkəran" - "Qarabağ"
Hakimlər: Anar Salmanov, Vaqif Musayev, Orxan Məmmədov, Rəhim Həsənov
Lənkəran. Şəhər mərkəzi stadionu
İlk dövrədəki oyun – 0:1

18:00. “İnter" - "Simurq"
Hakimlər: Hacıəli Ağayev, Munis Abdullayev, Vaqif Ayvazov, Rövşən Əhmədov
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun – 1:1

komandalar

O

Q

H

M

T

X

1

"İnter"

19

13

3

3

32-16

42

2

"Qarabağ"

19

11

6

2

19-10

39

3

"Xəzər-Lənkəran"

19

11

6

2

26-11

39

4

"Bakı"

19

9

5

5

19-16

32

5

"Qəbələ"

19

9

5

5

22-18

32

6

"Neftçi"

19

8

7

4

19-13

31

7

"Simurq"

19

7

7

5

21-18

28

8

"Olimpik-Şüvəlan"

19

5

6

8

17-20

21

9

"Muğan"

19

3

5

11

12-26

14

10

"Turan"

19

3

4

12

20-29

13

11

"Standard"

19

2

4

13

14-29

10

12

“Karvan”

19

2

4

13

16-31

10


Bombardir: Adrian Neaqa ("Neftçi") - 8, Anatoli Doroş ("Olimpik-Şüvəlan"), Girts Karlsons (“İnter”), Jaba (“Bakı”) - 7