Anar Salmanov yenə “Xəzər-Lənkəran”dan xal alacaq? - STATİSTİKA
12.02.2010 - 11:55
Unibank Premyer Liqasının XX turunun mərkəzi oyunu “Xəzər-Lənkəran” – “Qarabağ” matçı Anar Salmanova tapşırılıb. Apasport.az saytının cari mövsümün arxada qalan hissəsinə aid hesablamalarına görə, 30 yaşlı FİFA hakiminin hansı komanda üçün düşərli olduğu müəyyənləşib.
Salmanov çempionatın 19 turu ərzində 17 görüş idarə edib. Bu matçlarda meydan sahibləri 4 qələbə qazanıb, 6 heç-heçə edib və 7 dəfə uduzub. Top fərqi də qonaqların xeyrinədir – 14:19. Ümumilikdə, 17 oyuna 33 qol qeydə alan Salmanov orta hesabla hər matçda 2-dən az (1,94) topun qapıdan keçməsinə şahid olub. Bu qolların da 12-si birinci, 21-i ikinci hissədə vurulub. Bukmekerlərin dili ilə desək “menşe” matçları idarə etməyi xoşlayan referi yalnız 5 dəfə 2-dən artıq qolun vurulduğu qarşılaşmada fit çalıb. O, daha çox 1:0 və 2:0-ı qeydə alıb – hərəsi 4 dəfə.
FİFA hakimi Premyer Liqanın cari mövsümündə 4 penalti təyin edib: 3 dəfə qonaqları və yalnız 1 dəfə meydan sahiblərini cəzalandırıb. Salmanovun təyin etdiyi zərbələrin biri “Qarabağ”ın qapısına vurulub. Bu “Qəbələ” ilə oyunda baş verib. Göstərdiyi 6 qırmızı vərəqəni iki tərəf arasında bərabər bölən referi adıçəkilən görüşdə ağdamlıları da, onların rəqibini də bu yolla cəzalandırıb. Sonradan qırmızıya çevrilən cüt sarı vərəqələri nəzərə almasaq, Salmanov həm meydan sahibləri, həm də qonaqlara eyni sayda – 43 xəbərdarlıq edib.
Salmanov Premyer Liqada “Xəzər-Lənkəran”ın 3-cü, “Qarabağ”ın isə 5-ci qarşılaşmasını idarə edəcək. Rəqiblərin ötən ilin oktyabrın 30-da baş tutan matçını idarə edən 30 yaşlı hakim Quzanlıda meydan sahiblərinin 1:0 hesablı qələbəsinə şahid olmuş, onlara 2, qonaqlara 3 vərəqə göstərmişdi. Ağdamlıların digər 3 matçında isə Salmanov “sülh” qeydə alıb: iki dəfə “Qəbələ”, bir dəfə “Simurq”la. Onun Lənkərana ilk səfəri isə noyabrın 25-də gerçəkləşib. Salmanov cənubluların “Bakı” ilə 1:1 hesablı heç-heçəsinin şahidi olub.

0
0