Mahir Şükürov Bakıya qayıtdı və Berti Foqtsa hesabat verdi
12.02.2010 - 13:22
Mahir Şükürov Bakıya qayıtdı və Berti Foqtsa hesabat verdi
Berti Foqts Azərbaycan milli komandasının aparıcı futbolçularından olan Mahir Şükürovla görüşüb. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, Rusiyanın “Anji” klubunda çıxış edən 28 yaşlı müdafiəçi ilə almaniyalı çalışdırıcı arasında görüş assosiasiyanın inzibati binasında baş tutub.

Söhbət zamanı Mahirin guya milli komandada çıxış etməkdən imtinası ilə bağlı bəzi Kütləvi İnformasiya Vasitələrində son günlər yayılan məlumatlar, futbolçunun hazırkı klubundakı vəziyyəti, hazırlıq səviyyəsi və digər məsələlər müzakirə olunub. Foqtsla futbolçu arasında ətraflı fikir mübadiləsi aparılıb, baş məşqçi müvafiq tövsiyələrini verib. Şükürov bildirib ki, dəvət olunacağı təqdirdə, millinin rəsmi və beynəlxalq yoldaşlıq oyunlarında çıxış edəcək.