Vaqif Sadıqov səfərə “99”la çıxdı
12.02.2010 - 13:43
Unibank Premyer Liqasının XX turu Bakının “Neftçi” klubunun baş məşqçisi Vaqif Sadıqov üçün əlamətdar olacaq. Apasport.az saytının hesablamalarına görə, 51 yaşlı mütəxəssis karyerasında 100-cü dəfə “ağ-qaralar”ı meydana çıxaracaq.
İlk dəfə 17 il əvvəl “Neftçi”nin “sükanı arxasına” keçən Sadıqov komandanı 5 müxtəlif yarışda 83 qarşılaşmaya çıxardıqdan sonra istefa vermişdi. Həmin iki il yarımdan bir az çox dövrdə bakılılar daha çox oyun keçirməli idi. Lakin 1993/94 mövsümü başa çatmamış qatıldığı yarışları tərk edən komanda təkcə çempionatda 8 texniki məğlubiyyət aldı. Həmin nəticələri nəzərə almamaqla, Sadıqov nəhs – 13 məğlubiyyətlə klubunu tərk etdi. Ötən il 16 illik fasilədən sonra “Neftçi”yə qayıdan və artıq 16 dəfə yetirmələrini meydana çıxaran mütəxəssis sabah “Karvan”la Yevlaxdakı oyunda yubileyini qeyd edəcək.
Qeyd edək ki, sabah indiki klublarını 100-cü oyuna çıxaracaq Ağasəlim Mircavadov və Vaqif Sadıqova qədər hazırda iş başında olan Yunis Hüseynov (“Karvan”), Roman Pokora (“Simurq”), Ramiz Məmmədov (“Qəbələ”) öz klubunda “100” həddini adlayıb.

1993-cü il mayın 18-dən 1995-ci il dekabrın 5-dək | ||||||
Çempionat | 64 | 40 | 15 | 9 | 147-40 | 135 |
Kubok | 13 | 11 | 1 | 1 | 36-8 | 34 |
Superkubok | 1 | 0 | 1 | 0 | 1-1 | 1 |
Birlik kuboku | 3 | 1 | 0 | 2 | 1-6 | 3 |
Kuboklar Kuboku | 2 | 0 | 1 | 1 | 0-3 | 1 |
2009-cu il sentyabrın 1-dən indiyədək | ||||||
Çempionat | 14 | 5 | 7 | 2 | 14-9 | 22 |
Kubok | 2 | 2 | 0 | 0 | 7-0 | 6 |
Cəmi | 99 | 59 | 25 | 15 | 206-67 | 202 |

0
0