Sensasiya: Nazim Süleymanovun klubu Devid Bekhemdən imtina etdi - FOTO
12.02.2010 - 13:58
Rusiyanın paytaxtı Moskvada qeyri-adi mətnə malik reklam lövhəsi quraşdırılıb. Apasport.az saytının məlumatına görə, paytaxt sakinləri Ryazansk prospektində Soçinin “Jemçujina” klubunun məşhur ingilis futbolçu Devid Bekhemlə bağlı reklamı ilə rastlaşıblar. Lövhədə Bekhemin şəkli yer alıb və bu sözlər yazılıb: “Biz ondan imtina etdik”.
“Jemçujina”nın kommersiya meneceri Denis Dankovtsev isə bildirib ki, reklam lövhəsi hazırlanarkən Bekhemin məxsus olduğu “Milan” klubu ilə danışıqlar aparılmayıb. Soçililər nə reklamın yerləşdirilməsi təklifini, nə də büdcəni qarşı tərəfə göndəriblər. Üstəlik, futbolçuya heç bir transfer təklifi edilməyib.
Bununla belə, mütəxəssislər “Jemçijina”nın taktikasını müəyyənləşdiriblər. Soçi təmsilçisinin əsas məqsədi Bekhemin vasitəsilə təbliğat olunmaqdır. Guya “Jemçujina” rəhbərliyi həqiqətən də Devidə müraciət edib, amma onun qonorarının məbləği haqda məlumat aldıqdan sonra transferdən vaz keçib.
Hər halda, “Jemçujina” rəsmiləri öz-özləri üçün quyu qazıblar. Əgər Bekhemin şəklindən istifadənin qeyri-qanuni olduğu müəyyənləşdirilsə, klub 5 milyon rubl (təxminən 130 min manat) cərimələnəcək.
Qeyd edək ki, Azərbaycan futbol həvəskarları “Jemçujina”nı daha çox Nazim Süleymanovun sayəsində tanıyırlar. Həmvətənimiz 2 il bu komandanın şərəfini qoruyub. Peşəkar futbolçu karyerasını bitirdikdən sonra məşqçilik fəaliyyətinə başlayan Süleymanovun ilk iş yeri də məhz “Jemçujina” olub (2002-ci il).

0
0