Bülənt Korkmaz Türkiyə yığmasına namizəd oldu
12.02.2010 - 14:36
Türkiyə milli komandasının sabiq futbolçusu Ümit Karan hazırda baş məşqçisiz qalan yığma haqqında fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Superliqa tarixinin ən yaxşı bombardirlərindən olan “Əskişəhərspor”un 34 yaşlı hücumçusu “ay-ulduzlu”lardan istefa verən Fatih Terimi yerli mütəxəssisin əvəzləməsini istəyir.
Qısa fasilə ilə 2001-09-cu illərdə “Qalatasaray”da çıxış etmiş Karan bu posta öz namizədlərinin də siyahısını açıqlayıb. O, hazırda “Bakı”nı çalışdıran Bülənt Korkmazı da Türkiyə yığmasının baş məşqçisi kimi görür: “Türkiyə milli komandası üçün türk mütəxəssislərimiz var. Bülənt Korkmaz, Ərtoğrul Sağlam, Rıza Çalımbay, Samet Aybaba kimi bacarıqlı məşqçilərimiz var”.
Qeyd edək ki, Karanla Korkmaz “Qalatasaray”da 4 il (2001-05) birgə oynayıblar. Həmin vaxt kapitan olan Korkmaz “Cim-Bom”un baş məşqçisi olduğu dövrdə (2008/09 mövsümünün ikinci dövrəsi) bu sarğını Karan daşıyıb.

0
0